Kateqoriyasız

“Qarabağ”ın transfer planı: Qurbanov istəyir, o isə gələ bilmir

“Simurq”un futbolçusu Vüqar Mustafayev karyerasını “Qarabağ”da davam etdirə bilər.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov zaqatalalı futboçunu komandasında görmək istəyir.  Bunu saytımıza açıqlamasında futbolçu özü deyib.

O, bildirib ki, hazırda “Simurq”la 2017-ci ilə kimi müqaviləsi var. Əgər klub onun transfer vərəqəsini versə o zaman dayaq yarımmüdafiəçisi “Qarabağ”a keçəcək. 

Qeyd edək ki, 21 yaşlı futbolçu “Bakı”dan “Simurq”a keçmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43