Kateqoriyasız

“Qarabağ”la ÇL-də oynayan futbolçunun başında problem çıxdı

Yakub Jezniçak səhhəti ilə bağlı ciddi problemlə üzləşib.

İdmanxeber.az-ın məlumatına görə, Plok “Visla”sının müdafiəçisinin başında meningit xəstəliyi aşkarlanıb.

“Qarabağ”ın sabiq futbolçusu yerli mətbuata açıqlamasında deyib: “Həkimlərin sözlərinə görə, ildə təxminən 1000 insan bu xəstəliyə yoluxur. Başım dəhşətli dərəcədə ağrıyırdı. Baş məşqçiyə məşq edə bilməyəcəyimi dedim, məni yatmaq üçün evə göndərdi. Amma ağrı daha da güclənirdi. İlk müayinəni Plokdakı xəstəxanada aldım. Ancaq orda bir şey aşkarlamadılar. Ağrıkəsicilər də kömək etmirdi. Yalnız Varşavadakı xəstəxanada bir neçə testdən sonra bu xəstəliyə yoluxduğum deyildi. Amma indi özümü yaxşı hiss edirəm”.

Jezniçak yaxın günlərdə görmə zəifliyinə görə, gözündən də əməliyyat olunacağını söyləyib. O, yanvarda yaşıl meydanlara dönməyə ümid edir.

Qeyd edək ki, Yakub Jezniçak 2017-2019-cu illərdə “Qarabağ”ın formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43