UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qəbələ” – MTK (Macarıstan) matçının hakimləri bəlli olub.
İdmanxeber.com-un məlumatına görə, Bakıda keçiriləcək qarşılaşma türkiyəli hakimlər briqadasına həvalə olunub.
İyulun 21-də 8-ci km qəsəbə stadionunda keçiriləcək örüşü türkiyəli FİFA referisi Mete Kalkavanın başçılıq edəcək.
Ona həmyerliləri Ceyun Sesigözəl və Esat Sancaktar kömək edəcək. Dördüncü hakim Serkan Çinar olacaq.
Qeyd edək ki, “Qəbələ” səfərdə keçirdiyi ilk oyunda rəqibini 2:1 hesabı ilə məğlub edib.

