05 İyul 2026
Kateqoriyasız

“Kəpəz” – “Admira”: Hakimlər açıqlandı

UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək "Kəpəz"  – "Admira" (Avstriya) görüşünün hakimləri müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə,  qarşılaşmanı Rusiyadan olan hakimlər briqadası idarə edəcək.

iyulun 20-də  "Dalğa Arena"da keçiriləcək oyunun baş hakimi Vitali Meşkov olacaq. Ona Valeri Dançenko və Maksim Qavrilin kömək edəcək. Mixail Vilkov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43