Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” bu gün qonşu ölkədə növbəti yoxlama oyununa çıxacaq.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Samir Abasovun komandası bu dəfə Türkiyə 1-ci liqa təmsilçisi “Adana Demirspor”la qarşılaşacaq.
Oyun yerli vaxtla saat 16:00-da başlayacaq.
Xatırladaq ki, “Sumqayıt” Boludakı ilk yoxlama matçında Səudiyyə Ərəbistanı təmsilçisi “Al Khaleej”ə 1:3 hesabı ilə məğlub olmuşdu.

