Dünya futbolu

“Qızıl top”a əsas namizədin adı açıqlandı

PSJ və Argentina yığmasının hücumçusu Lionel Messi 2023-cü ildə “Qızıl top”a əsas namizəddir.

İdmanxeber.az xəbər verir ki, bu barədə nüfuzlu “Goal” nəşri məlumat yayıb. İdman portalı futbolun ən nüfuzlu fərdi mükafatına namizədlərin yenilənmiş siyahısını təqdim edib.

Siyahıda ilk “5-liy”ə  Messi ilə yanaşı, “Mançester Siti”nin hücumçusu Erlinq Haaland, PSJ-nin oyunçusu Kilian Mbappe, “Real”ın vingeri Vinisius Junior və “şəhərlilər”in yarımmüdafiəçisi Kevin De Bruyne də daxildir.

Karyerasını Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Nəsr”də davam etdirən Kristiano Ronaldo isə 20 nəfərlik siyahıya daxil edilməyib..


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43