08 İyul 2026
Dünya futbolu

Qleyzer ailəsi “Mançester Yunayted”i sata bilər

“Mançester Yunayted”in sahibi olan Qleyzer ailəsi klubu satmağı planlaşdırır.

İdmanxeber.az xəbər verir ki, bu baş verəcəyi təqdirdə, klubun həmsahibi Cim Ratkliffin payı da satışa daxil ediləcək. 

Mənbənin yazdığına görə, Ratkliffin 30 faizlik paya sahib olması Qleyzer ailəsinin satış qərarına mane olmayacaq:

 “Onlar doğru qiymət təklif olunacağı təqdirdə klubu satmağa razı olacaqlar. Ratkliff klubu satın aldıqda müqaviləyə bir bənd əlavə edilmişdi – əgər uyğun təklif gələrsə, Qleyzerlər bütün klubu sata bilər. Bu o deməkdir ki, həm Qleyzerlərin, həm də Ratkliffin payı satışa daxil olacaq.”

Qeyd olunur ki, son günlər mediada yayılan müxtəlif xəbərlər və sosial şəbəkələrdə paylaşılan məlumatlar klub ətrafında ciddi ajiotaj yaradıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43