02 İyul 2026
Dünya futbolu

“Real Madrid” Kvaratsxeliya üçün hərəkətə keçib

PSJ-nin parlayan ulduzu Xviça Kvaratsxeliya “Real Madrid”in transfer hədəfinə çevrilib.

İdmanxeber.az xəbər verir ki, heyətində ciddi dəyişikliklər planlaşdıran Madrid klubu gürcü futbolçunu transfer siyahısında birinci yerə qoyub. Klubun prezidenti Florentino Peres şəxsən Kvaratsxeliya üçün transfer kampaniyasına başlayıb.

“Real Madrid” rəhbərliyi gələn yay Vinisius Juniorla yolların ayrılma ehtimalını nəzərə alaraq Kvaratsxeliya ilə müqavilə imzalamağa qərar verib.

Qeyd edək ki, Xviça Kvaratsxeliya 2025-ci ilin yanvarında 70 milyon avroya “Napoli”dən PSJ-yə keçib. Paris təmsilçisi onunla 2029-cu ilin yayına qədər müqavilə imzalayıb. Gürcü vinger PSJ-də meydana çıxdığı 39 rəsmi oyunda 9 qol vurub və 8 məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43