14 İyul 2026
Dünya futbolu

“Qol buraxana qədər topla yaxşı oynadıq” – Alleqri

“Yuventus” Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Sevilya” ilə qarşılaşıb.

İdmanxeber.az-ın məlumatına görə, Turin təmsilçisi İspaniya klubu ilə doğma meydanda 1:1 hesablı heç-heçə edib. Görüşün ardından “Yuve”nin baş məşqçisi Massimiliano Alleqri matç barədə fikirlərini bildirib:

“Qol buraxana qədər topla yaxşı oynadıq, lakin ondan sonra çoxlu səhvlərə yol verdik. Geriyə düşədükdən osnra irəli yə gemtəyə məcbur idik. Ancaq əks-hücumlarda yaxalanırdıq, boşluqlar buraxdıq.

Oxşar şəraitdə ikinci qolu buraxa bilərdik. Ancaq oyunçular geri dönüş üçün hər şeyi etdilər və cavab matçı öncəsi intriqanı saxlayan bu heç-heçəyə layiq oldular”.

Cavab oyunu mayın 18-də Sevilyada keçiriləcək. Başlanğıc Moskva vaxtı ilə saat 22.00-dadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43