19 İyul 2026
Ölkə futbolu

“Qollar öz səhvlərimizdən oldu” – Azər Məmmədov

“Oyunun əhəmiyyətini bilirdik. Çempionatda “Araz-Naxçıvan” əsas rəqibimizdir. Bu matç bizim üçün 6 xallıq idi. Təəssüf ki, 6 xalı “Araz-Naxçıvan”a verdik. İki fərqli hissə izlədik. İlk yarıda 5 dəqiqəyə 2 top buraxdıq. Qollar öz səhvlərimizdən oldu. Bundan sonra komanda toparlanmaqda çətinlik çəkdi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Məmmədov “Araz Naxçıvan”a məğlubiyyəti şərh edərkən deyib.

O, daha sonra sözlərinə belə davam edib:

“İki fərqli hissə izlədik. İlk yarıda 5 dəqiqəyə 2 top buraxdıq. Qollar öz səhvlərimizdən oldu. Bundan sonra komanda toparlanmaqda çətinlik çəkdi. İkinci hissədə futbolçular fərqi aradan qaldırmağa çalışdılar. Hər şeyə rəğmən mövsüm yeni başlayıb. Qarşıda uzun marafon var. İşləmək lazımdır. Hücumda dişsizlik görünür. Çalışacağıq ki, milli fasilədə çatışmazlıqları aradan qaldıraq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43