“Həqiqətən ağır oyun keçdi. Sona qədər çalışdıq, amma “Zirə” rahat hərəkət etməyimizə imkan vermədi”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində baş tutan “Qarabağ” – “Zirə” matçının ardınca təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov deyib. Qarşılaşmanı şərh edən Qurbanov heyətdəki dəyişikliklərdən danışıb:
“Heyətdə çox dəyişiklik etmişdim. Bu oyunçular bir yerdə az çıxış ediblər. Ancaq onlardan razı qaldım. Ayxan Abbasova və komandasına gələcək oyunlarda uğurlar arzulayıram”.