Milli komanda

Qurban Qurbanov: “Qarabağ”la millinin oyununda fərq olması normaldır”

Millətlər Liqasının IV turunua start verilir.

İdmanxeber.az-ın məlumatına görə, sabah Millətlər Liqasının IV turunda Azərbaycan Maltanı qəbul edəcək. Oyundan öncə millimizin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib:

“Hər oyun kimi bu oyun da çox önəmlidir. Çox çətin səfərdən qayıtmışıq. Fərqli sistemə malik bir komandaya qarşı oynayacayıq. Bütün diqqətimizi bu oyuna vermişik. İnanıram ki, sabah ən yaxşı oyunlarımızdan birini oynayacayıq”.

-“Qarabağ”in oyununda yaxşı oyun göstərmək üçün hazırlaşırsınız. Milli də isə futbolçulardan nəticə tələb edirsiniz. Eyni oyunçulardan iki fərqli şeyi tələb etmək çaşqınlı yartamır futboloçularda ?

-Nəticə qazanmaq üçün yaxşı oyun göstərmək lazımdır. Təbii ki, iki fərqli turnirdir. Milli ilə “Qarabağ”ın oyunlarında fərq var. Bu, məncə normal haldır.

-Malta ilə oyunda heyətdə hər hansı dəyişiklik olacaqmı ?

-Dəyişiklik etmək fikrində deyilik. Dünən, bu gün oyunçuların yorğunluğunu nəzərə alaraq çox da ağır məşq etməmişik. Ancaq əsas heyəti sabah dəqiqləşdirəcəyik.

-Kosovoya qarşı yalnız Malta komandası qol vurub. Buna qarşı hansısa tədbir görmüsünüz ? Bir də sabah Maltanın kapitanı Mifsudun olmaması bizim üçün müsbət hal ola bilər ?

-Bəli, onlar Kosovoya qol vuran tək komandadır. Çox diqqətli olmalıyıq. Əks hücümda yaxşı oynayırlar. Ancaq bu komandanı yaxşı tanıyırıq. Oyunlarını izləmişık. İstənilən halda çox diqqətli olmağa borcluyuq. Mifsudun olmamasına sevinmirəm. Bu oyunçu çox futbolçulara örnəkdir.  Bir oyunçunun meydanda olmaması inanmıram ki, rəqibin oyununa təsir etsin. Dediyim kimi, onlar üçün kapitanları çox önəmli oyunçudur.

-Son oyunda Rüfət Dadaşovun çıxışı çox bəyənilib. Onun daha əvvəl milliyə cəlb etməməyiniz sizdə peşmançılıq hissi yaradır ?

Xeyr, yaratmır. Biz həmişə hər toplantıda çalışırıq ki, daha yaxşı olanı miliyə cəlb edək. Əfsuslar olsun ki, bütün oyunçular hər zaman hazır olmur. Ancaq bəzən onları dəvət etməyə borcluyuq. Rüfətin komandasını dəyişməsi onun  oyununa təsir etmişdi. Məncə, əsil vaxtında dəvət etmişik. Bütün oyunçularımızn performansını artırmağına ehtiyac var.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43