Kateqoriyasız

Qurban Qurbanovun bəyəndiyi braziliyalı hücumçu kimdir?

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun komandasında görmək istədiyi hücumçunun adı məlum olub.

İdmanxeber.com "sportinfo.az"a istinadən xəbər verir ki, o, Donetsk ”Metallurq”undan Junior Bruno Moraesə vurulub. 28 yaşlı braziliyalı hücumçu Ukrayna klubunda 10 nömrəli formanı geyinir.

Ölkəsində ”Santos”, ”Ponte-Preta” və ”Santu-Andre”nin şərəfini qoruyan forvard ilk dəfə Rumıniyada legioner həyatı yaşayıb. 2010-cu ildə ”Qloriya”nın (Bistrisa) uğurları üçün tər tökən cənubi amerikalı 32 oyuna 18 qol vurub. Növbəti ildə ”Metallurq”a gələn Moraes əsas heyətə düşmədiyindən, Sofiya ÇSKA-sına icarəyə verilib.

Bolqarıstan çempionatında 24 matça 16 dəfə fərqlənən braziliyalı 2012-də Ukraynaya dönüb. Həmin tarixdən bu yana 32 qol vuran ”sambaçı”ya ”Qarabağ” birbaşa müqavilə təklif edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43