Musa Qurbanlı “Qarabağ”ın əsas komandasında debüt edib.
İdmanxeber.az-ın məlumatına görə, o, Azərbaycan kubokunun 1/4 final mərhələsində hazırda davam edən “Keşlə” ilə matçın ikinci hissəsinin əvvəlində meydana daxil olub. 17 yaşlı hücumçu Riçard Almeydanı əvəzləyib.
Qeyd edək ki, M.Qurbanlı Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun oğludur.