30 İyun 2026
Kateqoriyasız

Rəşad Sadıqov “Neftçi”yə məğlubiyyəti şərh etdi

“Maraqlı oyunun şahidi olduq. Meydanda əsl mubarizə gedirdi. Bilirdik ki, ilk 15-20 dəqiqədə “Neftçi” meydanda bizə qarşı daha aqressiv olacaq və belə də oldu, qol vurdular. Səbrli olmaq lazımdı. Futbolçularımdan razı qaldım”.

İdmanxeber.az-ın məlumatına görə, bu söəri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Premyer Liqanın 4-cü turunda “Neftçi”yə məğlubiyyəti şərh edən çalışdırıcı transferə çıxarılan Təmkin Xəlilzadə və İlkin Muradovla bağlı sualı belə csvablandırdı:

“Gələcəkdə ola bilər onlarla yenidən işləyə bilək. Ancaq yaxın zamanlarda görmək mümkün deyil. Burada əsas olan davamiyyətdi. Bir neçə dəfə bu hal təkrarlanmışdı. Ola bilsin ki, gələcəkdə birlərik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43