Ölkə futbolu

RƏSMİLƏŞİR:”Xəzər Lənkəran”ın yeni baş məşqçisinin adına aydınlıq gəldi

Con Toşakı istefaya göndərən "Xəzər Lənkəran"ın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, bundan sonra  Lənkəran klubunu Türkiyənin tanınmış baş məşqçisi Mustafa Dənizli çalışdıracaq. Çalışdırıcı ilə bütün məsələlərdə razılıq əldə olunub. Mütəxəssis yaxın günlərdə Azərbaycana gələcək və Cənub təmsilçisi ilə müqavilə imzalayacaq. Bu keçidin, bu gün rəsmiləşəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43