Ölkə futbolu

Ramil Şeydayev : “Vətəndaşlıq seçimimə görə peşman deyiləm”

“Formamı öz mübarizəmlə qazanacam”

İdmanxeber.az-ın məlumatına görə, millimizin üzvü Ramil Şeydayev Rusiya mətbuatına müsahibə verib. O, yeni komadasının onun üçün irəliyə doğru bir addım olduğunu bildirib:

“Krılyo Sovetov” mənim karyeramda irəliyə doğru bir addımdır. Baş məşqçinin məni komandasında görmək istəməsi bura gəlməyimdə xüsusi rol oynadı. Təbii ki, heç kim mənə əsas heyətdə oynayacağımın təminatını verməyib. Bunu mən öz mübarizəmlə qazanacağam. Deyə bilərəm ki, hazırda komandada güclü rəqabət var. Formaya kimlayiq olsa o geyinəcək”

Ramil Şeydayev Azərbaycanda çıxış etdiyi vaxtlardan da danışıb:

“Mənim üçün ən unuldulmaz vaxtlar “Qarabağ”da oynadığım dövrlər olub. Çempionlar Liqasında ən güclü komandalara qarşı yaxşı mübarizə apardıq. “Atletiko”yla səfərdə oyndağımız matçı heç vaxt unutmayacağam. Ümumiyyətcə Çempional Liqasında oynamaq tamam fərqlidir. İlk baxışdan adi oyunçulara qarşı oynayacağını düşünürsən, amma meydanda onların bütün göstəricilərdə səndən üstün olduğunu görürsən. Onlar daha sürətli və texnikalıdırlar. Səviyyə tamam fərqlidir”.

O, ötən mövsüm çıxış etdiyi “Trabzonspor” klunundan da danışaraq  orada böyük təcrübə qazandığını bildirib:

“Türkiyə çempionatı çox xoşuma gəldi. Rəqabət, azarkeşlər, meydançalar hər şey çox yüksək səviyyədədir desəm yanlış olmaz. Təkcə problem klub rəhbərlərindədir. “Trabzonspor”da heçnəylə yadda qalmasam da, orada qazandığım təcrübənin gələcəydə mənə faydalı olacağını düşünürəm”.

Gənc hücumçu “Zenit”dəki baş məşqçisi Vladislav Radimovun “vətəndaşlığını dəyişməsəydi onun üçün daha uğurlu olacaqdı” fikrinə də münasibət bidirib:

“Radimovun mənim futbolçu kimi yetişməyimdə böyük əməyi olub.  Mən onun əməyinə yüksək qiymət verirəm. Nikolaeviç bizə hər zaman “Öz qərarlarınızı özünüz verməlisiniz” deyirdi. Mən də qərarımı özüm vermişəm və vətəndaşlığımı dəyişdiyimə görə peşman deyiləm”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43