Ölkə futbolu

“Neftçi”yə “Qarabağ” oyunu öncəsi şad xəbər

Zədəsi olan Soni Mustivar komanda ilə birlikdə çalışıb.

İdmanxeber.az-ın məlumatına görə, “Neftçi” PFK Topaz Premyer Liqasının 3-cü turunda qarşılaşacağı “Qarabağ” klubu ilə oyunun hazırlığını davam etdirir.  Məşqdə Ruslan Abışovdan başqa bütün futbolçular iştirak ediblər. Müalicəsini başa vuran Soni Mustivar da komanda ilə birlikdə hazırlaşıb. Hazırlığa bugün keçiriləcək oyunöncəsi son məşqlə yekun vurulacaq.

Xatırladaq ki, avqustun 26-da “Azərsun Arena”da keçirəcək “Qarabağ” – “Neftçi” oyunu saat 20:30-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43