İdman

Ramiz Məmmədov: “Koordinator vəzifəsinə qayıtmayacam”

Qısa müddətliyinə “Keşlə”nin baş məşqçi postuna gətirilən və indi də köhnə işinə qaytarılan Ramiz Məmmədov tam olaraq bütün məsələlərə aydınlıq gəlmədiyini bildirib.

İdmanxeber.com-a qısa açıqlama verən, mütəxəssis 2 günə hər şeyin aydın olacağını söyləyib: “Rəhbərlik 2 gün ərzində öz qərarını açıqlayacaq, o zaman siz də öyrənəcəksiniz. Klubda qalıb-qalmayacağım da o zaman bəlli olacaq. Xeyr, əvəzedicilərlə iş üzrə koordinator vəzifəsinə qayıtmayacam”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43