“Real” “Çelsi”nin yarımmüdafiəçisi Kay Havertslə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, almaniyalı baş məşqçi Karlo Ançelottinin siyahısındadı. Təcrübəli mütəxəssis Havertsin alınması tələb edib.
O, 2020-ci ildə “Real”a keçməyə yaxın olsa da, transfer müxtəlif səbəblərdən baş tutmadı. Daha sonra isə koronavirus pandemiyasına görə, “kral klubu” oyunçudan vaz keçdi.
Yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 35 oyunda 7 qol vurub.

