18 İyul 2026
Dünya futbolu

“Real” Deyvislə razılığa gəlib

“Real” Alfonso Deyvislə şəxsi məsələlərdə razılığa gəlib.

İdmanxeber.az Relevo portalına əsasən xəbər verir ki, kanadalı oyunçuyla razılaşan “kral klubu” “Bavariya” ilə danışıqlara başlayacaq. Xatırladaq ki, 23 yaşlı cinah müdafiəçisinin Münhen klubuyla müqaviləsi 2025-ci ilin yayında bitir.

Deyvis 2019-cu ilin yanvarından bəri “Bavariya”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 27 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43