“Xetafe”nin qapıçısı David Soria karyerasını “Real”da davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, artıq tərəflər arasında razılıq əldə olunub. Yaxın vaxtda rəsmi müqavilə imzalanacaq.
30 yaşlı qolkiper “Real”ın yetirməsidir. Ötən mövsüm o, La Liqada 38 oyuna çıxıb, 45 qol buraxıb və 13 dəfə qapısını toxunulmaz saxlayıb.