06 İyul 2026
Dünya futbolu

“Real” kanadalı hücumçu gətirir

“Lill”in hücumçusu Jonatan Devid karyerasını İspaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Real” kanadalı oyunçunun xidmətində maraqlıdır. Baş məşqçi Karlo Ançelottinin futbolçunu bəyəndiyi və rəhbərlikdən transfer edilməsini tələb etdiyi bildirilir. 

Hücumçunun Fransa komandası ilə hazırkı müqaviləsi 2025-ci ilin iyununa qədərdir.

23 yaşlı David ötən mövsüm “Lill”in heyətində bütün turnirlərdə 40 oyuna çıxıb, 26 qol vurub və 4 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43