“Real” qış transfer pəncərəsində yeni qapıçı axtarır.
İdmanxeber.az xəbər verir ki, Madrid klubu Andrey Luninin ayrılacağını gözləyir və əsas qapıçı Tibo Kurtuanı dəstəkləyəcək oyunçu üçün axtarışa başlayıb.
“Portu”nun qapıçısı Dioqo Kosta və B komandasında çıxış edən 20 yaşlı Fran Qonzales əsas namizədlərdir.
Daha təcrübəli variant lazım olsa, “Real” Kostaya üstünlük verəcək.

