“Real”ın müdafiəçisi Naço Fernandes “Real”la müqaviləsini uzadıb.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər əməkdaşlığı 2024-cü ilin yayına qədər davam etdirəcək. Futbolçu Madridin yetirməsidir, 2012-ci ildən əsas komandada çıxış edir.
33 yaşlı futbolçu bu mövsüm komandanın heyətində 44 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə edib.

