Dünya futbolu

“Real”ın hədəfindəki almaniyalı

“Real” “Bavariya”nın yarımmüdafiəçisi Coşua Ximmiki transfer etməyi düşünür.

İdmanxeber.az-ın məlumatına görə, “kral klubu” rəhbərliyi yarımmüdafiəçinin 2024-cü ildə Luka Modriç və Toni Kroosun gedişindən sonra heyətin əsas üzvlərindən biri olacağını düşünür.

Ximmikin “Bavariya” ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır.

28 yaşlı alman futbolçu bu mövsüm “Bavariya”nın heyətində 44 oyuna çıxıb, 6 qol vurub və 11 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43