Dünya futbolu

Sabiq “Fənərbağça”lı Çinə yollandı

Bir dönəm “Fənərbağça”nın baş məşqçisi olan Vitor Pereyra karyerasını Çində davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis hazırda sözügedən ölkədədir. O, bir dönəm Çinin “Şanxay Port” klubunu çalışdırıb.

Pereyra son olaraq Braziliyanın “Flamenqo” klubunda işləyib. O, aprel ayından bəri işsizdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43