Dünya futbolu

Milli komanda Rusiya ilə oynamaqdan imtina etdi

İraq millisinin sentyabrda Rusiya ilə yoldaşlıq oyunu keçirməyəcəyi açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, bir müddət öncə tərəflər arasında hazırlıq qarşılaşması olacağı bildirilmişdi. Ancaq İraq Futbol Federasiya rəsmisi Məhəmməd İmad görüşün baş tutmayacağını açıqlayıb.

O, buna səbəb kimi sentyabrda İraq, İordaniya, Qətər və İran millilərinin yer alacağı yoldaşlıq turnirində iştirak etmələrini göstərib. 

Xatırladaq ki, Rusiya klubları və milli komandası 2022-ci ilin fevralından FİFA və UEFA-nın himayəsi altında keçirilən turnirlərdən kənarlaşıdırılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43