15 İyul 2026
Dünya futbolu

“Real”ın təklifini geri çevirdi, PSJ-yə keçdi

“Real”ın yarımmüdafiəçisi Marko Asensio mövsümün sonunda PSJ-yə keçəcək.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı ispaniyalı yaxın günlərdə parislilərlə müqavilə imzalaya bilər. Onun “Real”la müqaviləsi mövsümün sonunda başa çatır.

Madrid rəhbərliyi yarımmüdafiəçiyə yeni müqavilə təklif etsə də, o, komandada daha vacib rol oynamaq istədiyi üçün ondan imtina edib.

Yarımmüdafiəçi 2015-ci ildən “Real”da çıxış edir. Bu mövsüm Asensiyo klubun heyətində bütün turnirlərdə 50 oyuna çıxıb, 12 qol vurub və 8 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43