“Neftçi”nin prezidenti Kamran Quliyev növbəti mövsüm komandanın güclənəcəyini bildirib.
İdmanxeber.az-ın məlumatına görə, klub rəhbəri heyətə cəlb ediləcək yeni oyunçulardan da danışıb:
“Minimum 7-8 transfer edəcəyik. Avrokuboklarda iddialı olmaq üçün güclü heyət quracağıq. Müdafiə, yarımmüdafiə və hücum xəttinə futbolçular alınacaq. Özü də kifayət qədər yaxşı liqalardan”.

