Milli komanda

Renat Dadaşov növbəti matçı gözləmədən millinin düşərgəsini tərk etdi

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Kosovo yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Renat Dadaşov Almaniya millisi ilə oyunda zədələndiyi üçün yığma komandadan ayrılıb.

Qeyd edək ki,  “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Kosovo matçı noyabrın 14-ü saat 18:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43