03 İyul 2026
Ölkə futbolu

Renat Dadaşovla Ayxan Abbasov arasında nə baş verib? O, danışmadı, iddiaları təkzib etdi 

Bir neçə gündür milli komandanın baş məşqçisi Ayxan Abbasovla hücumçu Renat Dadaşov arasında mübahisə yaşandığı və bu səbəbdən də futbolçunun Ukrayna oyunu öncəsi düşərgəni tərk etdiyi bildirilir.

Məsələ sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Hətta Abbasovun Dadaşovu bir daha milliyə dəvət etməyəcəyi iddia edilir.

Məsələ ilə bağlı yığmanın çalışdırıcısı  Abbasovla əlaqə saxladıq. Təcrübəli mütəxəssis yazılanlarla bağlı geniş  danışmaq istəməsə də, iddiaların doğru olmadığını bildirdi. O, Dadaşovla aralarında ciddi nəsə baş vermədiyini qeyd etdi.

Həsən Quluzadə / İdmanxeber.az 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43