25 İyul 2026
Ölkə futbolu

Renat Türkiyədə növbəti oyununu keçirdi

Türkiyə Superliqasında 7-ci turun oyunları keçirilir.

İdmanxeber.az xəbər verir ki, millimizin futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor”  “Sivasspor”la 0:0 hesabı ilə heç-heçə edib.

Renat Dadaşov bu görüşə ehtiyatda başlayıb. O, 59-cu dəqiqədə Karlos Strandberqin yerinə meydana daxil olub.

 “Hatayspor” 11 xalla (7 oyun)  turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb, “Sivasspor” 7 xalla 12-cidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43