Ölkə futbolu

Reynaldodan ümidsiz açıqlama: “Çox çətin olacaq, çox…”

“Bizim üçün çox çətin oldu. Müdafiədə çox qalıb, əks-hücum futbolu oynadıq və nəticədə iki qol vurduq. Növbəti oyuna hazırlaşacağıq. Futbolçular bugünkü oyunda məşqçimizin bütün tapşırıqlarını yerinə yetirdilər. Azarkeşlərə də təşəkkür edirəm. Bizi sona kimi dəstəklədilər”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın aparıcı üzvü Reynaldo deyib.

Çempionlar Liqasının III təsnifat mərhələsinin “Zalsburq”la oyununda Ağdam təmsilçisinin qələbə qolunu vuran və qırmızı vərəqə alan braziliyalı həmin epizod və cavab matçı haqda da danışıb:

“Cavab matçı çox çətin olacaq, çox… Mən olmasam da komanda yoldaşlarım var. Qırmızı kart aldığım epizoda gəlincə, düşünürəm təkrar izlədikdən sonra fikir bildirmək daha yaxşı olar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43