14 İyul 2026
Dünya futbolu

Ronaldo gələcək karyerası ilə bağlı qərarını verdi

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo gələcək karyerası ilə bağlı qərarını verib.

İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçu  Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda oynamağa davam edəcək. O, komanda ilə yeni sözləşmə imzalayıb.

Qeyd edək ki, daha öncə mətbuatda 40 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı klubunu tərk edəcəyi ilə bağlı xəbərlər yayılmışdı. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43