Dünyadan

Runinin imdadına Klopp yetişdi

“Liverpul”un almaniyalı baş məşqçisi Yurgen Klopp, səhərə qədər barda içki içərkən görüntülənən ingilis futbolçu Ueyn Runini müdafiə edib.

İdmanxeber.com-un məlumatına görə, DÇ-2018 çərçivəsində Şotlandiyanı 3-0 məğlub etdikdən sonra qızlarla və içərək səhərə kimi əylənən Runi, şəkilləri mətbuatda yayıldıqdan sonra, meneceri vasitəsilə üzr istəyib. Ardınca isə “Liverpul”un çalışdırıcısı futbolçunun tərəfini saxlayıb.

Klopp, “Futbolçuları anlaya bilirəm. Çox pul qazanırlar və məşhur olsalar da, nəticədə onlar da insandır. Ancaq əmin olun ki, bu hücumçu futbol tarixinin ən professionallarından biridir. Əmin olun hələ adlarını xatırladığımız o böyük əfsanələr də dəli kimi spirt içir və ya siqaret çəkirdilər”, deyərək hadisənin normal olduğunu deyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43