Kateqoriyasız

“Səbail”in qış hazırlığı – 4 oyun keçiriləcək

“Səbail” yanvarın 12-dən 26-dək Antalyada hazırlıq keçəcək.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisi bu müddət ərzində 4 yoxlama oyunu keçirəcək. Oyunlar yanvarın 15-i, 18-i, 21-i və 25-i baş tutacaq.

“Dənizçilər” yanvarın 18-i Ukraynanın “Olimpik” klubu ilə qarşılaşacaq. Digər rəqiblərin adı isə gələn günlərdə müəyyənləşəcək.

“Olimpik” Ukrayna Premyer Liqasında 18 turdan sonra 12 komanda arasında 9-cu pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43