İdman

Şəhriyar Məmmədyarov “Norway Chess” turnirində yeddinci olub

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan “Norway Chess” turnirində sonuncu oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, 38 yaşlı qrossmeyster doqquzuncu turda Niderland təmsilçisi Aniş Giri ilə üz-üzə gəlib. Görüş 36-cı gedişdə heç-heçə ilə yekunlaşdığından armageddon oynanılıb. Burada daha dəqiq oynayan Giri Azərbaycan təmsilçisini məğlub edib.

Beləliklə, Şəhriyar Məmmədyarov 11 xalla turniri yeddinci pillədə başa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43