17 İyul 2026
Ölkə futbolu

“Sabah” – “Beşiktaş” matçına nə qədər bilet satılıb?

“Sabah” – “Beşiktaş” matçına bilet satışları davam edir.

Xeyriyyə məqsədi ilə tərəflər arasında keçiriləcək qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Mayın 13-də oynanılacaq görüş, saat 18:00-da başlayacaq.

Matçdan əldə edilən gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlara bağışlanacaq. Ölkəmizdə qardaş ölkəyə dəstək olmaq istəyən azarkeşlərlə yanaşı, İstanbul klubunun da xeyli sayda tərəfdarları olduğu üçün qarşılaşmaya böyük maraq var.

İdmanxeber.az-a verilən məlumata görə, tarixi matçın oynanmasına hələ 5 gün qalsa da, artıq 13 minə yaxın bilet satılıb. Hazırda da satışların davam etdiyi bildirilir.

Qarşılaşmaya kifayət qədər maraq olduğu üçün mayın 13-də tribunaların tam dolacağı gözlənilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43