Misli Premyer Liqasında 7-ci turun oyunları keçirilir.
İdmanxeber.az xəbər verir ki, 2-ci gündə 2 matç oynanılıb. Əvvəlcə ötən mövsümün 2-cisi olan “Sabah” “Kəpəz”i qəbul edib. 4 qolun qeydə alındığı matçda qaliv müəyyənləşməyib – 2:2.
Bu nəticənin ardından xallarının sayını 5-ə çatdıran “sarı-göylər” bir oyunu əskik “Sabah”la 8-9-cu pillədə yer alır.
Günün digər matçında isə “Araz-Naxçıvan” “Səbail”in qonağı olub. “Dənizçilər” matçdan minimal hesablı qələbə ilə ayrılıb – 1:0.
Xallarının sayını 13-ə çatdıran “Səbail” ikinci pilləyə yüksəlib. Naxçıvan klubu isə 10 xalla beşincidir.
Qeyd edək ki, tur ötən gün keçirilən 2 oyunla başlayıb. Tura sabah yekun vurulacaq.
24 sentyabr (bazar)
17:00. “Sabah” – “Kəpəz” 2:2
Qollar: Abdullahi Şuaybu, 9 (0:1), 3. Con İrasabal, 24 (1:1), Boyan Letiç, 51-pen. (2:1), Georgi Papunaşvili, 60 (2:2)
Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Rahil Ramazanov, Cavid Cəlilov
“Bank Respublika Arena”
19:30. “Səbail” – “Araz-Naxçıvan” 1:0
Qol: Pedro Nuno, 45+2-pen.
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov
“ASCO Arena”

