15 İyul 2026
Ölkə futbolu

Murad Musayev: “Vaxt aparırlar, yerə yıxılırlar, lazımsız qışqırırlar”

“Rəqibdən çox üstün oyndadıq. Topa nəzarəti də biz edirdik. İmkanlardan istifadə edə bilmədik. Rəqib epizodu olmadan iki qol vurdu”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev “Kəpəz” oyunu sonrası deyib. O, Gəncə təmsilçisinin vaxt aparmasından şikayətlənib:

 “Kəpəz”i hec cür başa düşə bilmirəm. Nə oynadıqlarını başa düşmək olmur. Bir xala görə bunları etməyə nə ehtiyac var? Futbol həzz oyunudur. Vaxt aparırlar, yerə yıxılırlar, lazımsız qışqırırlar. Əgər hər şey bu bir xala görədirsə, onları təbrik edirəm”.

Təcrübəli mütəxəssis görüşdə səhvə yol verən qapıçı Rustam Samigullin performansı barədə belə danışıb: 

“Hisslərə qapılıb nəsə demək istəmirəm. Oyunu yalnız bir nəfər üzərindən dəyərləndirmək olmaz. Hamımız günahkarıq”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43