“Çətin oyun olacağı bəlli idi. “Sabah”ın sürətli oyunçuları var. Rəqibi düzgün analiz etmişdik. Əks hücumlarımız uğurlu alındı. Qapıçının səhvindən qol vursaq da, pis oynamadıq. Bu bir xal bizim üçün böyük işdi”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Məmmədov “Sabah” oyunu sonrası deyib. O, daha sona belə davam edib:
“Biz böyük klublardan xal ala bilirik, amma bizdən az üstün olan rəqiblərdən yox. Bu, baş məşqçi kimi məni sevindirsə də, həm də məyus edir. Özümüzdən az üstün olan komandalara evdə məğlub olmaq istəmirik. Növbəti turda “Qəbələ”ni qəbul edəcəyik. Onları məğlub edərək bu sindromdan qurtulmağa çalışacağıq.
Futbolçular zədələndiklər üçün yerdə qalırdılar, xüsusi tapşırıq deyildi. Mən futbolda belə şeylərin əleyhinəyəm. Onları da başa düşmək lazımdır”.

