04 İyun 2026
Ölkə futbolu

“Sabah” Kazanda ikinci oldu

Rusiyanın Kazan şəhərində keçirilən “East Cup Kazan” beynəlxalq futbol turnirinə yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, “Sabah”ın U-10 komandası turnirin həlledici oyununda Rusiyanın “Rubin” (Kazan) komandası ilə qarşılaşıb.

Matç rəqibin 4:3 hesablı qələbəsi ilə nəticələnib. Baş məşqçi Məhərrəm Müslümzadənin rəhbərlik etdiyi kollektiv turniri ikinci pillədə başa vurub. “Sabah”ın futbolçusu Muronur Əlili yarışın ən yaxşı futbolçusu seçilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43