UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab görüşlərinə çıxacaq “Sabah” və “Araz Naxçıvan”ın oyunları canlı yayımlanacaq.
İdmanxeber.az-ın məlumatına görə, ilk olaraq “bayquşlar” meydana çıxacaq. Səfərdə “Levski”yə məğlub olan (0:1) “Sabah”ın cavab oyunu İTV-dən canlı yayımlanacaq. Matç saat 20:00-da start götürəcək.
Azarkeşlər turnirdəki digər təmsilçimiz “Araz Naxçıvan”ın “Omoniya”ya qarşı görüşünü isə “CBC Sport”dan izləyə biləcəklər.
Bu qarşılaşma isə saat 21:00-da başlayacaq.

