Misli Premyer Liqasında 31-ci turun oyunları keçirilir.
İdmanxeber.az xəbər verir ki, günün ilk matça “Sabah” və “Səbail” arasında keçirilib. Görüş ev sahibinin qələbəsilə başa çatıb – 3:2.
Bu gün Azərbaycan derbisi də keçirilib. “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Neftçi”ni məğlub edib – 3:0.
Misli Premyer Liqası
19 aprel (şənbə)
“Sabah” – “Səbail” 3:2
Qollar: İnnosent Nşuti, 21 (0:1), Sofian Çakla, 31 (1:1), Süleyman Alluş, 74 (1:2), Dmitro Litvin, 82 – avtoqol (2:2), Coy-Lens Mikels, 90+3 (3:2)
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov
VAR: Rəşad Əhmədov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Bank Respublika Arena”, 17:30
“Qarabağ” – “Neftçi” 3:0
Qollar: Abdullah Zubir, 22, Yassin Benzia, 40 – pen., Nəriman Axundzadə, 41
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Kamal Umudlu
AVAR: Namik Hüseynov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00

