14 İyul 2026
Ölkə futbolu

“Sabah” “Zirə” ilə heç-heçə etdi – YENİLƏNİB

Misli Premyer Liqasında 27-ci turun oyunları davam edir. 

İdmanxeber.az xəbər verir ki, günün ikinci matçında “Sabah” öz meydanında “Zirə”ni qəbul edib. İki qolun qeydə aldığı matçda qalib müəyyənləşməyib – 1:1.

“Sabah” hazırda 35 xalla turnir cədvəlində beşinci, “Zirə” isə 52 xalla ikinci yeri tutur. 

Misli Premyer Liqası

27-ci tur

15 mart

19:30. “Sabah” – “Zirə” 1:1

Qollar: Cesse Sekidika, 34 (1:0), Davit Volkov, 63 (1:1)

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev

VAR: Nicat İsmayılov

AVAR: Cəmil Quliyev

“Bank Respublika Arena” 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43