Çilili yarımmüdafiəçi Arturo Vidal “Flamenqo”dan ayrılacağını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, o, ölkəsinə qayıtmaq istədiyini bildirib. Təcrübəli futbolçunun yenidən Avropaya qayıtmaq ehtimalı yoxdur.
Əgər Səudiyyə Ərəbsitanından təklif gəlsə, bu halda karyerasını orada davam etdirə bilər. 36 yaşlı yarımmüdafiəçi bu mövsüm 25 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.
Əvvəllər o, “İnter”, “Barselona”, “Bavariya”, “Yuventus” və “Bayer” kimi klublarda çıxış edib.

