Ölkə futbolu

Sabiq “Neftçi”linin yeni klubu

Keçən mövsümün sonunda “Neftçi”dən ayrılan Nikolas Kanales karyerasını Asiyada davam etdirəcək.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, çilili futbolçu “Okjetpes”lə mövsümün sonuna qədər müqavilə imzalayıb. 

30 yaşlı futbolçu yeni klubunda 32 nömrəli formanı geyinəcək. “Okjetpes” klubu hazırda davam Qazaxıstan çempionatında geridə qalan 18 turdan sonra 31 xalla 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Kanaleslə yanaşı, “Neftçi”nin sabiq qapıçısı Saşa Stamenkoviç və “Bakı”nın keçmiş yarımmüdafiəçisi Risto Ristoviç də hazırda “Okjetpes”də çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43