Dünya futbolu

Şahruddin “Qalatasaray”a qarşı oynadı, komandası uduzdu

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin şərəfini qoruduğu “Adana Demirspor” Türkiyə Superliqasında növbəti oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Adana təmsilçisi səfərdə “Qalatasaray”la qarşılaşıb və məğlub olub – 1:3.

Şahruddin start heyətdə yer alıb və sona kimi oynayıb. Təcrübəli qolkiper “Qalatasaray”la oyunda 4 seyv edib. 

“Qalatasaray” hazırda 40 xalla 1-ci, “Adana Demirspor” isə 23 xalla 5-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43