Ölkə futbolu

“Şamaxı” “Neftçi”yə məğlub oldu – YENİLƏNDİ

Misli Premyer Liqasının XXVI turuna yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, günün yeganə matçı Şamaxıda keçirilib. Yerli komanda “Neftçi” ilə qarşılaşıb. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə sona çatıb.

Bu nəticənin ardından “Neftçi” xallarının sayını 55-ə çatdıraraq, üçüncü pillədəki yerini möhkəmləndirib.

“Şamaxı” isə turnir cədvəlində 20 xalla 9-cu pillədə qərarlaşıb.

Premyer Liqa

XXVI tur

12 mart (bazar)

15:00. “Şamaxı” – “Neftçi”

Qol: Mateus Saldanya, 81

Hakimlər: Fərid Hacıyev, Zeynal Zeynalov, Rəhman İmami, Səbuhi Bayramov

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Emin Cəfərov

Şamaxı şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43